“Zirə Məhsul” MMC fəaliyyətinə 1991-ci ildə Abşeron yarımadasının Zirə qəsəbəsində, Qafqazda yeganə şampinyon göbələyi istehsalı ilə məşğul olan “Zirə Göbələk Təsərrüfatı” kimi başlamışdır. Daha sonra isə fəaliyyət sahəsini genişləndirərək Azərbaycanın unikal sərvəti olan zeytunu becərməklə müştərilərin məmnuniyyətini qazanmışdır. Müəssisə hazırda şampinyon göbələyi və zeytun məhsullarının istehsalı ilə məşğuldur.
Bu məhsullara marinadlaşdırılmış göbələk turşusu, təbii zeytun yağı, zeytun mürəbbəsi və konsrevləşdirilmiş zeytun daxildir. “Zirə Məhsul” MMC-nin istehsal etdiyi göbələklər təravəti və dadı, zeytun məhsulları isə faydası və keyfiyyəti ilə tanınır və sevilir. Bütün məhsullar tam təbii, qatqısız və ağız dadınıza uyğundur.