Haqqımızda

 

“Zirə Məhsul” MMC fəaliyyətinə 1991-ci ildə Abşeron yarımadasının Zirə qəsəbəsində, Qafqazda yeganə şampinyon göbələyi istehsalı ilə məşğul olan “Zirə Göbələk Təsərrüfatı” kimi başlamışdır.

Daha sonra isə fəaliyyət sahəsini genişləndirərək Azərbaycanın unikal sərvəti olan zeytunu becərməklə müştərilərin məmnuniyyətini qazanmışdır. Müəssisə hazırda şampinyon göbələyi və zeytun məhsullarının istehsalı ilə məşğuldur.

Bu məhsullara marinadlaşdırılmış göbələk turşusu, təbii zeytun yağı, zeytun mürəbbəsi və konsrevləşdirilmiş zeytun daxildir. “Zirə Məhsul” MMC-nin istehsal etdiyi göbələklər təravəti və dadı, zeytun məhsulları isə faydası və keyfiyyəti ilə tanınır və sevilir. Bütün məhsullar tam təbii, qatqısız və ağız dadınıza uyğundur.

Gələcək illərdə fəaliyyət sahəsini daha da genişləndirməyi özünə məqsəd qoyan “Zirə Məhsul” MMC ölkəmizin ən iri supermarket şəbəkələri ilə əməkdaşlıq edir. Əsas satış nöqtələri Azərbaycan supermarket (Bravo), Bazarstore, Araz supermarket, Bizim Market, Grandmart, A-Agro MMC, ASG Business Aviation,Promart və Rahat Marketdir.

Fəaliyyətə az sayda işçi ilə başlayan “Zirə Məhsul” MMC-nin hazırda işinə sevgi və məsuliyyətlə yanaşan 300-ə yaxın əməkdaşı var. Əməkdaşların üzərinə götürdüyü əsas öhdəlik sizi yüksək keyfiyyətli məhsullarla təmin etməkdir.

Missiyamız

 

Müştəri məmnuniyyəti, keyfiyyət və təbii məhsul müəssisəmizin dəyərləridir. Məhsullarımızı istehsal edərkən məhz bu dəyərləri əsas götürürük.

Məhz bu səbəbdən missiyamız müştəri məmnuniyyətinə fokuslanaraq hər zaman yüksək keyfiyyətli, təbii və gigiyenik məhsulları təqdim etməkdir.

Ölkəmizin dəyərli sərvətlərini müştərilərimizin süfrəsinə yüksək keyfiyyətdə gətirməklə bu missiyaya əməl etməyi və bu sahədə hər gün daha da inkişaf etdirməyi özümüzə borc bilirik..

x

Formu doldurun